Bu gün saat 15:00-da respublikanın bir sıra rayonlarında bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı müsabiqə və hərraclar keçiriləcək.
Müsabiqə və hərraclara çıxarılan torpaq sahələri əsasən kənd təsərrüfatı təyinatlı olmaqla müxtəlif rayonları əhatə edir.
Belə ki, torpaq sahələri Bərdə, Goranboy, Tərtər, Cəlilabad, Masallı, Ağsu və Şəki rayonlarının müxtəlif kəndlərində yerləşir. Sahələrin ölçüsü 4588 kvadratmetrdən 8,36 hektaradək dəyişir.
Torpaq sahələri əsasən kənd təsərrüfatı məhsullarının istehsalı, heyvandarlıq və bağçılıq məqsədilə icarəyə verilir. İcarə müddətləri isə 5 ildən 15 ilədək nəzərdə tutulur.
İcarə haqqının aşağı həddi sahədən və keyfiyyət göstəricilərindən asılı olaraq dəyişir. Hərraclarda ilkin qiymətlər və müsabiqələrdə təklif olunan illik icarə haqları müvafiq qaydada müəyyən edilib.
Müsabiqə və hərraclar Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Bərdə, Cəlilabad, Şamaxı və Şəki ərazi şöbələrində keçiriləcək.
MONETAR.AZ