IRIB-in məlumatına görə, Hörmüz boğazında atəşkəs elan edildikdən sonra ilk gəmi bu marşrutdan keçib.
Məlumata əsasən, İranın hərbi-dəniz qüvvələri əvvəlcədən xəbərdarlıq edib ki, gəmilər yalnız rəsmi icazə ilə boğazdan keçə bilər. Buna baxmayaraq, atəşkəsdən sonra ilk keçid artıq baş tutub.
Hazırda keçid edən gəminin hansı ölkəyə və ya şirkətə məxsus olduğu açıqlanmayıb.
Daha əvvəl Reuters agentliyi məlumat vermişdi ki, İran ABŞ nümayəndələri ilə İslamabadda keçiriləcək danışıqlar öncəsi boğazı qismən açmağı planlaşdırır. Mənbələrin sözlərinə görə, marşrutun açılması halında bütün gəmilər üçün İran hərbçiləri ilə koordinasiya məcburi olacaq.
MONETAR.AZ