Aprelin 8-də saat 10:00-da “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin balansında olan nəqliyyat vasitələrinin satışı üzrə hərrac keçiriləcək.
Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20) təşkil olunacaq.
Hərraca ümumilikdə 5 ədəd minik avtomobili çıxarılıb. Bunlar 2017–2019-cu il buraxılışlı “Toyota Camry” markalı nəqliyyat vasitələridir. Avtomobillərin start qiymətləri 27 000 manatdan 31 000 manatadək dəyişir.
Hərracda iştirak etmək üçün tələb olunan beh məbləği avtomobildən asılı olaraq 2 700 manatdan 3 100 manatadək müəyyən edilib.
MONETAR.AZ