Rusiya şokolad ixracına görə onlarla ölkəni geridə qoydu

Rusiya şokolad ixracına görə onlarla ölkəni

Rusiya ötən ilin nəticələrinə əsasən dünyanın ən böyük şokolad ixracatçıları sırasında ilk onluğa daxil olub. Birinci yeri isə böyük fərqlə Almaniya tutub, bu barədə RİA Novosti məlumat yayıb.

Keçən il Rusiyadan xarici bazarlara 985 milyon dollar dəyərində şokolad məhsulları ixrac edilib. Bu göstərici ölkəyə qlobal reytinqdə ilk 10-luğa daxil olmağa imkan verib.

Reytinqin lideri Almaniya olub — 8,6 milyard dollar həcmində ixracla. Bu, ikinci yerdə qərarlaşan Belçikadan (6,7 milyard dollar) təxminən üçdə bir çoxdur. Üçüncü yeri isə Polşa tutub (4 milyard dollar).

İlk beşliyə həmçinin İtaliya (3,9 milyard dollar) və Niderland (3,4 milyard dollar) daxil olub.

Sonrakı yerlərdə Fransa (2,4 milyard dollar), ABŞ (2,3 milyard dollar), İsveçrə (1,7 milyard dollar) və Birləşmiş Krallıq (1,4 milyard dollar) qərarlaşıb.

Beləliklə, siyahını onuncu pillədə tamamlayan Rusiya dünyanın aparıcı şokolad istehsalçıları sırasına daxil olub.

MONETAR.AZ