Mars arzusu ilə qurulan biznes imperiyası

 Mars arzusu ilə qurulan

İlon Mask dünyanın ən tanınmış və ən varlı iş adamlarından biri kimi qlobal biznes və texnologiya sektorunda mühüm təsir gücünə malik fiqur olaraq qalır. Onun sərvəti 2026-cı ildə təxminən 728 milyard dollar səviyyəsində qiymətləndirilir və ekspertlər gələcəkdə ilk trilyonçu ola biləcəyini istisna etmirlər.

1971-ci ildə Cənubi Afrikanın Pretoriya şəhərində doğulan Mask erkən yaşlarından proqramlaşdırma və texnologiyaya maraq göstərib. O, 12 yaşında özünün ilk kompüter oyununu hazırlayaraq satıb və ilk qazancını əldə edib.

Daha sonra Kanadaya köçən Mask Pennsylvania Universitetidə iqtisadiyyat və fizika üzrə təhsil alıb, daha sonra isə Stenford Universitetində təhsilini yarımçıq qoyaraq biznesə yönəlib.

Maskın ilk böyük şirkəti Zip2 olub və bu şirkət 1999-cu ildə təxminən 307 milyon dollara satılıb. Daha sonra o, X.com adlı maliyyə şirkətini qurub və bu layihə sonradan PayPal ilə birləşərək qlobal ödəniş sisteminə çevrilib.

2002-ci ildə PayPal 1,5 milyard dollara satıldıqdan sonra Mask artıq “PayPal mafiyası” adlanan uğurlu texnoloji investorlar qrupunun bir hissəsinə çevrilib.

2002-ci ildə Mask SpaceX şirkətini quraraq kosmos sənayesinə daxil olub. Şirkət Falcon 1, Falcon 9 və Falcon Heavy kimi raketlərlə kosmik daşımaları daha ucuz və effektiv etməyi hədəfləyib.

SpaceX həmçinin Draqon kosmik gəmisini və qlobal internet təmin edən Starlink şəbəkəsini inkişaf etdirib.

Şirkət hazırda dünyanın ən dəyərli özəl kosmik şirkəti hesab olunur.

Mask eyni zamanda Tesla vasitəsilə elektromobil bazarında inqilab yaradıb. Bundan başqa, Neuralink beyin-kompüter interfeysləri üzərində işləyir və X platformasını satın alaraq yenidən brendləşdirib.

Maskın gəlir paketləri və SpaceX-in inkişaf planları Marsda milyon nəfərlik insan koloniyasının yaradılması kimi iddialı hədəfləri də əhatə edir.

Ekspertlər hesab edirlər ki, əgər bu layihələr uğurla həyata keçsə, o, tarixdə ilk trilyonçu ola bilər.

MONETAR.AZ