Tramp Hörmüz boğazında minaların təmizlənməsinə başlandığını açıqlayıb

Tramp Hörmüz boğazında minaların təmizlənməsinə

ABŞ Hörmüz boğazının dəniz minalarından təmizlənməsinə başlayıb. Bu barədə Donald Tramp Truth Social sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, əməliyyat “dünya ölkələrinə xidmət” kimi həyata keçirilir. Tramp qeyd edib ki, bu təşəbbüs Çin, Yaponiya, Cənubi Koreya, FransaAlmaniya kimi ölkələri də əhatə edir.

ABŞ prezidenti əlavə edib ki, artıq müxtəlif ölkələrdən boş tanker gəmiləri ABŞ istiqamətinə hərəkət edir ki, orada neft yükləsinlər. Lakin hansı ölkələrdən söhbət getdiyi və onların sonrakı marşrutu açıqlanmayıb.

CNN məlumatına görə, bu gün Hörmüz boğazından bir neçə gəmi, o cümlədən Çin gəmiləri keçib.

Eyni zamanda, The New York Times daha əvvəl yazıb ki, İran texniki çətinliklər səbəbindən boğazda gəmiçiliyi tam bərpa edə bilmir. Qəzetin mənbələrinə görə, hətta ABŞ-da belə bu ərazini sürətli şəkildə tam təmizləmək üçün kifayət qədər xüsusi avadanlıq yoxdur.

MONETAR.AZ