Aprelin 10-dan 12-dək Azərbaycanda “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilir.
Erməni nümayəndə heyəti 20 nəfərdən ibarət olub və quru sərhədi keçərək sərhəd və pasport nəzarətindən sonra Azərbaycana daxil olub.
İştirakçılar hazırkı sülh prosesinin vəziyyətini, regiondakı vəziyyəti və etimadın möhkəmləndirilməsi üzrə tədbirləri müzakirə edirlər. Dialoq 2025-ci ildə Vaşinqton sammitində razılaşdırılmış gündəm çərçivəsində keçirilir.