Prezident İlham Əliyev Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Monetar.Az bununla əlaqədar President.az-a istinadən xəbər verir.
Sərəncama əsasən, vətəndaşların mənzil təminatının yaxşılaşdırılması sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin aşağıdakı əməkdaşları "Tərəqqi" medalı ilə təltif ediliblər:
Qədimov Çingiz Sahib oğlu
Məmmədov Elşad Pənah oğlu
Salmanov Azər Ağababa oğlu
Şərifov Rizvan Həmid oğlu
Şiriyeva Kəmalə Məzahir qızı.