İş yerini dəyişmək istəyən müəllimlər üçün müsabiqə olacaq

İş yerini dəyişmək istəyən müəllimlər üçün

Dövlət ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi əsasında çalışan müəllimlərin köçürülməsi üzrə müsabiqədə iştirak üçün elektron ərizələrin qəbulu 13–20 aprel tarixlərində həyata keçiriləcək.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, müsabiqədə iştirak etmək istəyənlər müraciətlərini www.miq.edu.az/yerdeyishme linki vasitəsilə təqdim edə bilərlər.

Qeyd olunur ki, sənəd qəbulu 13 apreldə saat 11:00-da başlayacaq və 20 apreldə saat 11:00-da başa çatacaq.