Cənubi Koreya limitsiz mobil internet tətbiq etməyi planlaşdırır

Cənubi Koreya limitsiz mobil internet

Cənubi Koreyanın Elm və İnformasiya-Kommunikasiya Texnologiyaları Nazirliyi mobil rabitə sahəsində islahat hazırlayır. “The Elec”in məlumatına görə, qurum ölkənin üç ən böyük mobil operatorunu istifadəçilərə əsas internet paketləri bitdikdən sonra da limitsiz internetə çıxış təmin etməyə məcbur etməyi planlaşdırır.

Belə hallarda internet sürəti 400 Kbit/s-ə qədər endiriləcək. Nazirlik bu sürətin messencerlərdə yazışma və naviqasiya kimi əsas funksiyalar üçün kifayət etdiyini bildirir.

Plan çərçivəsində yaşlı istifadəçilər üçün əlavə güzəştlər də nəzərdə tutulur, o cümlədən pulsuz zənglər və SMS-lər. Bundan başqa, hökumət 5G bazar tariflərinin 20 min von (təxminən 1040 rubl) səviyyəsinə endirilməsini tələb etməyi planlaşdırır. Hazırda minimum tariflər təxminən 30 min von  civarındadır.

Yeni qaydaların 2026-cı ilin birinci yarısında qüvvəyə minməsi gözlənilir.

Baş nazirin müavini Bə Kyonxun bildirib ki, bu tədbirlər operatorların sosial məsuliyyət töhfəsi kimi nəzərdən keçirilir. Qərar 2025-ci ildə təxminən 27 milyon abunəçini əhatə edən genişmiqyaslı məlumat sızması hadisəsindən sonra gündəmə gəlib.

MONETAR.AZ