Microsoft şirkəti Windows 11 əməliyyat sistemində “Start” menyusunun işləməməsi ilə bağlı xətaları təsdiqləyib. Bu barədə Bleeping Computer məlumat yayıb.
Şirkətin açıqlamasına görə, “az sayda istifadəçidə” menyuda məlumatlar və sürətli giriş ikonları görünməyə bilər. Microsoft problemi yeni yaranmış kimi təqdim etsə də, jurnalistlər son bir neçə ay ərzində bu nasazlıqla bağlı məlumat topladıqlarını bildiriblər.
Araşdırma nəticəsində məlum olub ki, problem server tərəfində edilən Bing yenilənməsi ilə üst-üstə düşür. Bu yenilənmə axtarış performansını yaxşılaşdırmaq məqsədi daşıyırdı. Nəticədə şirkət nasaz yeniləməni geri çağıraraq problemi aradan qaldırmaq üçün düzəliş (patch) yayımlayıb.
Qeyd olunur ki, bu, “Start” menyusu ilə bağlı ilk problem deyil. Son illərdə dəfələrlə oxşar nasazlıqlar qeydə alınıb. Məsələn, ötən ilin noyabrında baş verən bir səhv “Start” menyusu ilə yanaşı “Explorer” və digər sistem tətbiqlərinin də işləməməsinə səbəb olmuşdu. 2023-cü ilin iyununda isə menyunun donması problemi təcili şəkildə aradan qaldırılmışdı.
Bundan əlavə, Microsoft yaxın zamanda niyə hələ də köhnə Control Panel komponentindən imtina etmədiyini də izah edib. Şirkət bildirib ki, bu bölmə bir çox vacib proqram təminatlarının işləməsi ilə birbaşa əlaqəlidir.
MONETAR.AZ