Hazırlıq qruplarında şagirdlərin köçürülməsi müvəqqəti dayandırılır

Hazırlıq qruplarında şagirdlərin köçürülməsi

Birinci sinfə qəbul prosesinə hazırlıq çərçivəsində 13 aprel saat 18:00-dan etibarən hazırlıq qruplarında şagirdlərin köçürülməsi prosesi müvəqqəti olaraq dayandırılacaq.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunur ki, 25 fevral tarixindən etibarən 2025–2026-cı tədris ilinin ikinci yarımili üçün şagirdlərin elektron köçürülməsi prosesi aktivləşdirilib. Bu proses hazırlıq qruplarını, eləcə də I–VIII və X sinif şagirdlərini əhatə edir.

Şagirdlərin köçürülməsi elektron sistem vasitəsilə həyata keçirilir: sy.edu.az