İspaniyada işsizlik mart ayında 0,9 faiz azalıb

İspaniyada işsizlik mart ayında

İspaniyada qeydiyyatda olan işsizlərin sayı mart ayında fevral ayı ilə müqayisədə 0,9% azalaraq 22 934 nəfər azalıb və ümumilikdə 2,42 milyon nəfərə düşüb. Bu barədə İspaniya Əmək Nazirliyi məlumat yayıb.

Eyni zamanda, İspaniya Sosial Təminat Nazirliyinin təqvim və mövsümi təsirlərdən təmizlənmiş məlumatlarına görə, ölkədə mart ayında 80 274 yeni rəsmi iş yeri yaradılıb.

Nəticədə, İspaniya üzrə ümumi məşğulluq səviyyəsi 22,01 milyon nəfərə çatıb.

 

MONETAR.AZ