Macarıstanda illik inflyasiya mart ayında fevraldakı 1,4%-dən 1,8%-ə yüksəlib. Bu barədə çərşənbə günü Macarıstanın Mərkəzi Statistika İdarəsi (KSH) məlumat yayıb.
Məlumata görə, mart ayında istehlak qiymətləri aylıq ifadədə 0,4% artıb. Bununla belə, illik inflyasiya göstəricisi iqtisadçıların 2,2%-lik konsensus proqnozundan və 2,1%-lik gözləntilərdən aşağı olub.
Eyni zamanda, baza inflyasiya azalma trendini davam etdirərək fevraldakı 2,1%-dən martda 1,9%-ə enib.
MONETAR.AZ