Fiziki şəxslərin gəlir vergisi üzrə bəyannamələrin təqdim edilməsi Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçiriləcək. Bununla bağlı müvafiq dövlət qurumlarına artıq tapşırıqlar verilib.
Məlumata əsasən, Azərbaycan İqtisadiyyat Nazirliyi 1 oktyabr tarixinədək bu xidmətin Elektron Hökumət İnformasiya Sistemi-ə inteqrasiyasını təmin etməlidir.
Bundan əlavə, nazirliyə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə bir sıra mərhələli tapşırıqlar verilib:
- 10 oktyabra qədər xidmətin mövcud iş prosesinin təqdim edilməsi;
- 10 noyabra qədər təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş prosesinin hazırlanması və razılaşdırılması;
- 20 dekabra qədər isə xidmətin myGov biznes platformasında istismara verilməsi.
Gözlənilir ki, bu dəyişikliklər vergi bəyannamələrinin təqdim olunmasını daha sürətli, şəffaf və istifadəçi üçün əlçatan edəcək.