Volqa K40 krossoveri markanın üçüncü modeli olacaq

Volqa K40 krossoveri markanın

Volga markası yenilənmiş brendin üçüncü modelini təqdim edib. Bu, orta ölçülü K40 krossoveridir. Model cari ilin yayında K50 krossoveri və C50 sedanı ilə birlikdə satışa çıxarılacaq. Qiymətlər hələ açıqlanmayıb. Avtomobillərin istehsalı Nijni Novqorod şəhərindəki zavodda təşkil olunacaq.

Volga K40 modeli Çin istehsalı olan Geely Atlas bazasında hazırlanıb və əsasən radiator barmaqlığının dizaynı ilə fərqlənir. Krossover iki versiyada təklif olunacaq:
– 1.5 litrlik (147 a.g.) turbomühərrik, yeddi pilləli robot sürətlər qutusu və ön ötürücülü variant;
– 2.0 litrlik (200 a.g.) turbomühərrik, səkkiz pilləli avtomatik sürətlər qutusu və tam ötürücülü variant.

Avadanlıq siyahısına qış paketi, iki zonalı iqlim nəzarəti, panoramik dam, salonun ambient işıqlandırılması, 11 dinamikli audio sistemi, elektrik tənzimləməli və havalandırılan ön oturacaqlar, proyeksiya displeyi, 360 dərəcə baxış sistemi və digər funksiyalar daxildir.

Sürücü köməkçi sistemləri arasında zolaqda saxlama sistemi, adaptiv kruiz-kontrol, yol nişanlarının tanınması sistemi və uzaq işıqların avtomatik idarə olunması funksiyası yer alır. Bundan əlavə, avtomobildə altı təhlükəsizlik yastığı və təhlükəsizlik kəmərləri üçün ön gərginləşdiricilər nəzərdə tutulub.

 
MONETAR.AZ