Bakıda üç marşrutun hərəkət istiqaməti dəyişdirildi

Bakıda üç marşrutun

Bakıda üç marşrutun hərəkət istiqamətində dəyişdirilib. bu barədə "BakuBus" MMC məlumat yayıb.

Qeyd edilib ki, hal-hazırda Maştağa qəsəbəsində Axund Mirzə Əbdülkərim küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq M8 saylı marşrut xətti müvəqqəti olaraq şəhər istiqamətində Mehdi Hüseynzadə küçəsi ilə, 172 saylı marşrut xətti müvəqqəti olaraq şəhər istiqamətində Seyid İbad Ağa küçəsi ilə hərəkət edir.

Sahil qəsəbəsində Vaqif Ələkbərov və Emin Quliyev küçələrində yolda yaranmış çuxurlarla bağlı 149 saylı marşrut xətti son dayanacağa gedib çata bilmir. Marşrut müvəqqəti olaraq Sahil qəsəbəsində Rövşən Rzayev parkının yanında dayanmaqdadır.