Həcc ziyarəti üçün qeydiyyat davam edir

Həcc ziyarəti üçün qeydiyyat

Azərbaycanda həcc ziyarəti üçün sənəd qəbulu üzrə kvotanın 96%-i artıq dolub.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri və həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, kvota üzrə cəmi 4% boş yer qalıb:

“Qeydiyyatdan keçənlər arasında uşaqlar və tanınmış şəxslər də var. Sənəd qəbulu başa çatdıqdan sonra ətraflı məlumat veriləcək. Zəvvarların ilk uçuşu 17 may tarixində həyata keçiriləcək və bu qrupda 180 nəfər olacaq. Bu il həcc ziyarətinin qiyməti 6 100 ABŞ dolları, yəni 10 388 manat təşkil edir”, deyə o bildirib.

V. Cahangiri həmçinin qeyd edib ki, regionda müşahidə olunan gərgin vəziyyət həcc üçün müraciətlərin sayına təsir etməyib:

“Hazırda bölgədə baş verən hadisələrlə bağlı heç bir dəyişiklik yoxdur, proses adi qaydada davam edir. Qeydiyyat açıqdır, imtina halları yoxdur və müraciətlər hər gün qəbul olunur”, deyə o əlavə edib.