Çin telekommunikasiya şirkətlərinə qarşı məhdudiyyətlər genişləndirilir

Çin telekommunikasiya şirkətlərinə qarşı məhdudiyyətlər

ABŞ Federal Rabitə Komissiyası ABŞ ərazisində fəaliyyət göstərən Çin telekommunikasiya şirkətlərinə qarşı yeni qadağalar tətbiq etməyi planlaşdırır. Reuters-in məlumatına görə, qurum China Mobile, China TelecomChina Unicom şirkətlərinin ölkədəki məlumat emalı mərkəzlərindən (data mərkəzlərindən) istifadəni qadağan etmək niyyətindədir.

Bundan əlavə, komissiya ABŞ-da fəaliyyət göstərən yerli və xarici operatorların da bu şirkətlərin infrastrukturu ilə əlaqə qurmasına qadağa qoyulmasını nəzərdən keçirir.

Həmçinin “milli təhlükəsizlik siyahısı”na daxil edilən şirkətlərin bəzi törəmə qurumlarına ABŞ-da telekommunikasiya xidmətləri göstərmək qadağan oluna bilər. Eyni zamanda operatorların bu siyahıda yer alan şirkətlərin avadanlıqlarından istifadə edən qurumlarla əməkdaşlığı da məhdudlaşdırıla bilər. Bu şirkətlər arasında HuaweiZTE də var.

Bu təkliflər üzrə ilkin səsvermə 30 aprel tarixinə planlaşdırılıb. Həmin gün, həmçinin Çin laboratoriyalarına ABŞ-da istifadə üçün nəzərdə tutulan elektron cihazları — smartfon, kamera və kompüterləri test etməyi qadağan edən təşəbbüs də səsə qoyulacaq.

Çinin Vaşinqtondakı səfirliyi isə bildirib ki, Pekin “milli təhlükəsizlik anlayışının həddindən artıq genişləndirilməsinə və dövlət səlahiyyətlərindən Çin şirkətlərinə qarşı istifadə olunmasına” qarşıdır.

Qeyd edək ki, ABŞ Federal Rabitə Komissiyası 2019-cu ildə China Mobile-ın ABŞ-da xidmət göstərmək üçün müraciətini rədd edib. 2021-ci ildə China Unicom, Pacific Networks və onun törəməsi ComNet-in lisenziyası ləğv olunub, 2022-ci ildə isə China Telecom Americas-ın fəaliyyəti dayandırılıb.

MONETAR.AZ