Qlobal yanacaq böhranı: Ölkələr subsidiya və məhdudiyyətlərlə reaksiya verir

Qlobal yanacaq böhranı: Ölkələr subsidiya və

2026-cı ilin əvvəlində Hörmüz boğazı ətrafında gərginliyin artması və İran münaqişəsinin genişlənməsi nəticəsində neft daşımalarında yaranan fasilələr qlobal yanacaq böhranına səbəb olub. Nəticədə qiymətlər kəskin artıb, təchizat zəncirləri isə ciddi təzyiq altına düşüb.

Beynəlxalq mənbələrə əsasən, hökumətlər vəziyyətə qarşı müxtəlif fövqəladə tədbirlər həyata keçirir. Ən geniş yayılmış addımlardan biri subsidiya və birbaşa maliyyə dəstəyi mexanizmlərinin tətbiqidir. Bu cür tədbirlər Misir, Filippin, Tailand, Malayziya, Hindistan, BanqladeşŞri-Lanka kimi ölkələrdə tətbiq olunur.

Bəzi dövlətlər isə yanacaq qiymətlərinin artımının qarşısını almaq üçün müvəqqəti qiymət tənzimləmələri və limitlər tətbiq edib. Bu istiqamətdə addımlar Cənubi Koreya, Sloveniya, həmçinin Filippin və Tailand tərəfindən atılıb.

Bununla yanaşı, bir sıra ölkələr yanacaq istehlakını azaltmaq üçün qeyri-maliyyə tədbirlərinə üstünlük verir. Məsələn, Pakistan, Filippin və Tailandda dövlət sektorunda iş həftəsinin qısaldılması, səyahət məhdudiyyətləri və tövsiyələr tətbiq edilir. Bu addımlar bazara birbaşa müdaxilə etmədən tələbatın azaldılmasına yönəlib.

Daha sərt tədbirlər isə yanacaq paylanmasına birbaşa nəzarəti əhatə edir. HindistanBanqladeş ixrac məhdudiyyətləri tətbiq edərək yanacaq ehtiyatlarını daxili bazara yönəldib. Eyni zamanda prioritet bölgü siyasəti çərçivəsində Hindistanda məişət qazı, Banqladeşdə isə kənd təsərrüfatı sektoru ön plana çəkilib.

Ekspertlərin fikrincə, bu cür tədbirlər böhranın dərinləşdiyini göstərir və vəziyyətin daha da kəskinləşəcəyi halda daha sərt idarəetmə mexanizmlərinin tətbiqi istisna edilmir.

MONETAR.AZ