Azərbaycanın valyuta ehtiyatları dövlət borcundan 16 dəfə çoxdur

8 Oktyabr 2025
08:31
Azərbaycanın strateji valyuta ehtiyatları 80 milyard dollar təşkil edir.
"Report" xəbər verir ki, bunu maliyyə nazirinin birinci müavini Anar Kərimov II Azərbaycan Halal Biznes Forumunda (AZHAB) keçirilən panel müzakirəsində deyib.
Onun sözlərinə görə, ölkənin xarici dövlət borcu təxminən 5 milyard dollardır. "Buna görə də valyuta ehtiyatlarımız dövlət borcumuzdan 16 dəfə çoxdur", - nazir müavini vurğulayıb.
Kərimov qeyd edib ki, Azərbaycanın maliyyə sabitliyi üç aparıcı beynəlxalq reytinq agentliyi - Moody's, Fitch və S&P tərəfindən tanınıb və ölkənin proqnozu "müsbət" və "stabil"ə yüksəldilib.