Fintex ekosisteminin inkişafına dair yeni təşəbbüslər

Fintex ekosisteminin inkişafına dair
9 Oktyabr 2025 10:22

Bu gün paytaxtda keçirilən Bakı Fintex Forumu çərçivəsində çıxış edən Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev ölkəmizdə fintex sahəsinin hüquqi və institusional inkişafı ilə bağlı vacib təkliflərlə çıxış edib.

Assosiasiya rəhbəri qeyd edib ki, Mərkəzi Bankın egidası altında qəbul olunmuş “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun fintex ekosisteminin rəqabətədavamlı və dayanıqlı əsaslar üzərində formalaşmasına mühüm təkan verib.

Zakir Nuriyev çıxışında, həmçinin, qanunun təkmilləşdirilməsi zamanı Avropa İttifaqının üçüncü nəsil direktivlərinin nəzərə alınmasının vacibliyini vurğulayıb. O, elektron pul təşkilatları üçün bir neçə bankda vəsait saxlamaq tələbinin tətbiq edilməsinin, istifadəçi təhlükəsizliyinin artırılmasında mühüm rol oynayacağını bildirib.

Maliyyə inklüzivliyinin artırılması məqsədilə fintexlərə yeni fəaliyyət istiqamətlərinin qanunvericilik əsasında açılması təklif olunub. Bu isə rəqəmsal innovasiyaların daha sürətli tətbiqinə şərait yaradacaq.

MONETAR.AZ


Oxşar xəbərlər