Sığortaçılar pullarını istiqrazlardan çıxarıb depozitlərə qoyur

Sığortaçılar pullarını istiqrazlardan çıxarıb
7 Oktyabr 2025 12:37

Bu ilin I yarısında Azərbaycandakı sığorta şirkətlərinin dövlət istiqrazlarına investisiya qoyuluşu 1 milyard manatdan 856 milyon manata düşüb.

Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov bildirib ki, buna səbəb Maliyyə Nazirliyinin istiqraz emissiyasını azalmasıdır.

"Bununla belə, sığorta şirkətlərinin investisiyalarında ən böyük payı dövlət qiymətli kağızları təşkil edib. Növbəti yerdə bank depozitləri qərarlaşıb. Yanvar-iyun aylarında bu istiqamətdə investisiyalar isə 395 milyon manatdan 600 milyon manata çatıb. Bundan başqa sığorta şirkətləri daşınmaz əmlak sektoruna da az məbləğdə investisiya yatırıb", - deyə AMB rəsmisi qeyd edib.

Qurumun baş direktoru Şahin Mahmudzadə isə əlavə edib ki, sığorta şirkətləri maliyyə sektorundakı bütün alətlərə maksimum dərəcədə investisiya qoyur.


Oxşar xəbərlər