Dünya ölkələrində qablaşdırılmış suyun istifadəsi fərqlidir. İtaliya sakinlərinin 70%-i, Braziliya və Meksika vətəndaşlarının isə 64%-i müntəzəm olaraq şüşə su içirlər. Almaniya, ABŞ və Fransa kimi ölkələrdə bu göstərici 56-60% arasında dəyişir. Çin və Hindistanda isə müvafiq olaraq 49% və 45% təşkil edir.
Avropadan İsveçdə 35%, Yaponiya isə ən aşağı göstərici ilə 29% ilə siyahının sonunda yer alır.
Qeyd etmək lazımdır ki, Avropanın bir çox ölkəsində 99% əhali təhlükəsiz içməli suya çıxışa malikdir. Buna baxmayaraq şüşə su istehlakı yüksəkdir. Bu, həm plastik tullantıların ətraf mühitə mənfi təsiri, həm də şüşə suyun kran suyuna nisbətən 100 dəfə daha baha olması ilə bağlı narahatlıqlar yaradır.
Üstəlik, müxtəlif tədqiqatlar göstərir ki, şüşə su mikroplastiklərin insan orqanizminə daxil olmasının əsas mənbələrindən biridir və bu sağlamlığa mənfi təsir göstərə bilər.
Monetar.az