Bugün Elm və Təhsil naziri Emin Əmrullaev Naxçıvanda vətəndaşları qəbul edib. Qəbulda Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur sakinləri iştirak ediblər.
Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub və önünə gül dəstələri qoyulub.
Vətəndaşlar qəbul zamanı xarici ixtisasların tanınması, iş dəyişdirmə, müəllimlərin işə qəbulu və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Elm və Təhsil naziri vətəndaşların müraciətlərini dinləyib və aidiyyəti üzrə müraciətlərin qanunvericiliyə uyğun olaraq operativ şəkildə həll olunması üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.