zərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) qonaqların qəbulu ilə bağlı təşkilati xidmətlərin satın alınması məqsədilə açıq müsabiqə elan edib.
Müsabiqə 2025/AT/00740/V1 nömrəsi ilə qeydiyyata alınıb. Satınalma çərçivəsində Fond tərəfindən il ərzində keçiriləcək tədbirlərdə iaşə və hədiyyə təminatı üzrə müxtəlif xidmətlərin göstərilməsi nəzərdə tutulur.
Ehtimal olunan satınalma dəyəri 215 143,50 manat təşkil edir. Müsabiqə 27 noyabr 2025-ci il, saat 15:51-də dərc olunub. Təkliflərin təqdim olunması və zərflərin açılışı 18 dekabr 2025-ci il, saat 18:00-da baş tutacaq.
Təşkilati xidmətlər aşağıdakı kateqoriyalar üzrə tələb olunur:
-
Qəhvə fasilələri və çay/kofe süfrələri – müxtəlif növ şirniyyat assortimenti ilə xidmətin təşkili (1 000 nəfər);
-
Xarici nümayəndə heyətləri üçün nahar yeməkləri – Bakı şəhərinin 1-ci zonasındakı nüfuzlu restoranlarda təşkil olunması (800 nəfər);
-
Hədiyyə paketləri üçün xüsusi dizaynlı kağız çantalar – korporativ loqolu, məxməri kağızdan hazırlanmış (200 ədəd);
-
Təşviqat xarakterli hədiyyələr – Azərbaycanın tarixi və mədəniyyətini əks etdirən yüksək keyfiyyətli suvenir məhsulları (200 ədəd);
-
Şam yeməkləri – xarici nümayəndə heyətləri üçün premium restoranlarda təşkil ediləcək xidmətlər (800 nəfər);
-
Fondun inzibati binasında isveç masası formatında nahar fasilələri (keytring) – tam porsiya menyu ilə təminat (500 nəfər).
Bütün xidmətlərin dizaynı, menyusu və məkan seçimi əvvəlcədən sifarişçi – Dövlət Neft Fondu ilə razılaşdırılmalıdır.
MONETAR.AZ