“Regional Su Meliorasiya Xidməti” Publik Hüquqi Şəxs Ağstafa rayonunda yerləşən tərs osmos sutəmizləyici qurğusunda mövcud çatışmazlıqların aradan qaldırılması üçün təmir xidmətlərinin satın alınmasına dair tender elan edib.
Satınalma müsabiqəsi 25 avqust 2025-ci il tarixində elan olunub. Təmir və yenidənqurma işlərinin ümumi dəyəri 439 299,25 manat olaraq göstərilir.
Tender çərçivəsində görüləcək əsas işlər bunlardır:
-
Qurğunun optimal istismarı üçün texniki pasportun və bölmə parametrlərinə dair hesabatın hazırlanması (3 nüsxə)
-
Qurğunun idarəetmə mexanizmlərinin yaxşılaşdırılması məqsədilə SCADA sisteminin proqram təminatının yenidən yazılması və qüsurların aradan qaldırılması
-
Şəbəkə çıxış xəttindəki elektrik keçiriciliyi cihazının yenisi ilə əvəz olunması və quraşdırılması
-
Anbar səviyyə sensorlarının təmiri və ya yenisi ilə əvəz edilməsi (2 ədəd)
-
RO-1 qurğusunun tullantı su kollektoru xəttinin yenilənməsi və quraşdırılması
-
90/110 ölçülü araqatların (salniklərin) yenilənməsi və quraşdırılması (40 ədəd)
Müsabiqədə iştirak etmək istəyən təşkilatlar 16 sentyabr 2025-ci il, saat 18:00-a qədər təkliflərini təqdim edə bilərlər. Zərflərin açılışı da eyni tarix və saatda baş tutacaq.
MONETAR.AZ