Yeni iPhone 17 Apple-ı lider edə bilmədi

Yeni iPhone 17 Apple-ı lider

Apple şirkəti satışlarda Samsung-u geridə qoyur, lakin bu, yeni iPhone 17 modelinin uğurlu satışları hesabına baş vermir.

Mobile Research Group-un aparıcı analitiki Eldar Murtazin NSN-ə müsahibəsində bildirib ki, Apple yeni iPhone modellərini satışa çıxardığı zaman əvvəlki modellərin qiymətini xeyli endirir. Bu isə əvvəlki modellərin satışını kəskin artırır və şirkətə rəqiblərini geridə qoymağa imkan verir.

Bloomberg-in Counterpoint Research (CR) tədqiqatına istinadən verdiyi məlumata görə, Apple 14 il sonra ilk dəfə dünya smartfon tədarükündə Samsung-u geridə qoyub. Ekspertlərin qiymətləndirməsinə görə, 2025-ci ildə ABŞ IT-nəhəngi iPhone tədarükünü 10% artıracaq, Samsung-da isə artım cəmi 4,6% olacaq. CR mütəxəssisləri Apple-ın uğurunu iPhone 17 seriyasının yaxşı satışları ilə izah edirlər. Murtazin isə bildirib ki, yeni iPhone satışlara yalnız dolayı şəkildə təsir edib.

“Apple-ın üstünlük qazanması üçüncü rübdə baş verir, çünki biz görürük ki, yeni iPhone seriyasının ümumi tədarükü Samsung-un tədarükünü azacıq üstələyir. Bu artıq üç-dörd ildir belədir və yalnız yeni Apple xətti hesabına baş verir. Bununla belə, iPhone 17-nin rekord satışları olduğunu deyə bilmərəm. Yeni modellər bazara çıxır, amma bunun fonunda köhnə modellərin qiyməti aşağı düşür və nəticədə əsasən əvvəlki seriyaların bazalı modelləri daha çox satılır. Bu il də heç nə dəyişməyib. Şirkətin iqtisadi modeli belə işləyir: əvvəlki kolleksiyaların məhsulları daha yaxşı satılır. Yeni xəttdə Apple dizayna üstünlük verib.Bu, yeni iPhone aldığı bilinsin deyə istəyənlər üçündür. Qalan tərəflərdə heç bir innovasiya yoxdur, süni intellekt gözlənilirdi, amma təqdim olunmadı”, – deyə o bildirib.

iPhone 17 Air-in Rusiyada qiymətinin kəskin ucuzlaşması Apple-ın yeni xəttinin qlobal uğurunu dəyişmir. Gadjet üzrə ekspert və bloqer Wylsacom NSN-ə bildirib ki, Apple yeni bir rekord qırmağa hazırlaşır.