2023-cü ilin oktyabrından etibarən gümüşün qiyməti 163 faiz artaraq 20,67 dollardan rekord 54,38 dollara yüksəlib. Hazırda qiymət 51,33 dollar səviyyəsində tənzimlənib. Eyni dövrdə qızılın qiyməti 142 faiz artaraq 4381,21 dollara çatıb, sonradan 4163,51 dollara düşüb.
Ekspertlərin fikrincə, gümüş həm yüksək gəlir gətirən investisiya aktivi, həm də sənaye metaldır. Artımın əsas səbəbi təklifin məhdudluğu və sənaye tələbinin yüksəlməsidir. 2024-cü ildə sənaye tələbi 689 milyon unsiyaya çatıb ki, bunun 244 milyon unsiyası günəş panellərinin istehsalına sərf olunub.
Gümüşün qiymətini ABŞ-da pul-kredit siyasətinin sərtləşməsi və geopolitik dəyişikliklər də dəstəkləyib. Bununla yanaşı, ETF-lərə və fiziki gümüşə maraq artıb. Lakin yüksək saxlama xərcləri uzunmüddətli investisiyalar üçün müəyyən çətinlik yaradır.
Proqnozlara görə, qlobal gümüş istehsalı 2024-cü ildə 944 milyon unsiya səviyyəsində olsa da, 2030-cu ildə 901 milyon unsiyaya qədər azalacaq. Eyni zamanda, fiziki tələb 1,169 milyard unsiyaya çatacaq.
Beləliklə, gümüş həm sənaye, həm də investisiya baxımından qızılı geridə qoyaraq dəyərli metal bazarında qabaqcıl mövqeyini qoruyur.
MONETAR.AZ