Sabah, noyabrın 29-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava gözlənilir, bəzi vaxtlarda isə hava tutulacaq. Gün ərzində yerli olaraq çiskinli yağış ehtimalı istisna olunmur. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat verib.
Cənub-şərq küləyi üstünlük təşkil edəcək. Havanın temperaturu gecə 8–11°, gündüz isə 14–17° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 766 mm-ə enəcək. Nisbi rütubət gecə 80–85%, gündüz isə 70–75% təşkil edəcək.
Azərbaycanın bölgələrində əsasən yağmursuz hava müşahidə ediləcək. Lakin bəzi şərq rayonlarında gecə və səhər çiskin və duman gözlənilir. Şərq küləyi üstünlük təşkil edəcək.
Havanın temperaturu gecə 4–8°, gündüz 13–16° isti, dağlıq ərazilərdə isə gecə 2° şaxtadan 3° istiədək, gündüz 7–10° isti olacaq.