Dünyanın ən güclü tədqiqat xəstəxanaları

Dünyanın ən güclü

2026-cı ildə tədqiqat sahəsində ən yüksək reputasiyaya malik xəstəxanaların reytinqi açıqlanıb. Siyahıya Almaniyanın Şarite Universitet Xəstəxanası başçılıq edib.

Monetar.az xəbər verir ki, Brand Finance-in araşdırmasına əsasən, Şarite Universitet Xəstəxanası 88,5 balla birinci olub. Yaponiyanın Tokio Universiteti Xəstəxanası 87,1 balla ikinci, Cənubi Afrikanın Qroote Şuur Xəstəxanası isə 86,6 balla üçüncü yeri tutub.

İlk 10-luqda səkkiz ölkənin xəstəxanası yer alıb. Yaponiya və Böyük Britaniya siyahıda iki xəstəxana ilə təmsil olunub.

İlk 10-luq belədir:

  1. Şarite Universitet Xəstəxanası – Almaniya – 88,5 bal

  2. Tokio Universiteti Xəstəxanası – Yaponiya – 87,1 bal

  3. Qroote Şuur Xəstəxanası – Cənubi Afrika – 86,6 bal

  4. Pitiye-Salpetryer Universitet Xəstəxanası – Fransa – 85,2 bal

  5. Kioto Universiteti Xəstəxanası – Yaponiya – 83,5 bal

  6. Kembric Universitet Xəstəxanaları NHS Fondu – Böyük Britaniya – 83,0 bal

  7. Universitet Sağlamlıq Şəbəkəsi – Kanada – 82,8 bal

  8. Oksford Universitet Xəstəxanaları NHS Fondu – Böyük Britaniya – 82,8 bal

  9. Monash Tərəfdaşları Akademik Sağlamlıq Elmləri Mərkəzi – Avstraliya – 82,0 bal

  10. LaKardio – Kolumbiya – 81,2 bal

Reytinq 30 ölkədən 2 500 səhiyyə mütəxəssisinin iştirakı ilə aparılan sorğu əsasında hazırlanıb. Qiymətləndirmədə xəstəxanaların reputasiyası, innovasiyaları, elmi nailiyyətləri, tibbi tədqiqatlara töhfəsi və mütəxəssislərin cəlb olunması kimi meyarlar nəzərə alınıb.