Türkiyə Ticarət Nazirliyi məcburi keçid tarixini texniki infrastrukturun, bank inteqrasiyalarının və sektor iştirakçılarının hazırlıq prosesinin tamamlanması üçün 1 dekabr 2026-cı ilədək təxirə salıb. Daşınmaz əmlakın satışında ödəniş nağd, bank köçürməsi və ya EFT yolu ilə həyata keçirilirsə, əməliyyat Təhlükəsiz Ödəniş Sistemi üzərindən aparılacaq.
Sistemin əsas məqsədi alıcı və satıcını mümkün saxtakarlıq hallarından qorumaq, qeyri-rəsmi ödənişləri azaltmaq və pul köçürməsi ilə mülkiyyətin Türkiyədə daşınmaz əmlak alqı-satqısında yeni qayda: Təhlükəsiz Ödəniş Sistemi məcburi olacaq
Məlumata görə, bankların texniki inteqrasiya prosesləri başa çatdıqdan sonra sistem məcburi tətbiqə keçməzdən əvvəl pilot mərhələdə sınaqdan keçiriləcək. Yeni sistemin tətbiqi ilə daşınmaz əmlak alqı-satqısı zamanı tərəflərin ödəniş və mülkiyyətin keçirilməsi ilə bağlı risklərinin azaldılması hədəflənir.
Beləliklə, Türkiyədə daşınmaz əmlak alqı-satqısı həyata keçirəcək şəxslər 1 dekabr 2026-cı ildən etibarən Təhlükəsiz Ödəniş Sistemindən istifadə etməli olacaqlar.
MONETAR.AZ