Gürcüstanda mütləq yoxsulluq azalıb 2024-cü ildə

Gürcüstan Milli Statistika İdarəsinin məlumatına görə, 2024-cü ildə mütləq yoxsulluq həddindən aşağı olan əhalinin xüsusi çəkisi əvvəlki illə müqayisədə 2,4% azalaraq, 9,4% təşkil edib.
Hesabat dövründə şəhər yerlərində mütləq yoxsulluğun səviyyəsi 1,6 faiz bəndi azalaraq 7,8 faiz, kənd yerlərində isə 3,7 faiz azalaraq 11,9 faiz təşkil edib.
«Geostatın» məlumatına görə, 2024-cü ildə əhalinin bütün yaş qrupları arasında mütləq yoxsulluq səviyyəsi əvvəlki illə müqayisədə azalıb. O cümlədən, 18 yaşa qədər yaş qrupunda bu göstərici 12,1% (azalma 4,0%), 18 yaşdan 64 yaşa qədər olan qrupda 9,3% (azalma 2,1%), 65 yaş və yuxarı şəxslər arasında isə 6,7% (azalma 1,3%) təşkil edib.
Mütləq yoxsulluq səviyyəsi həm qadınlar, həm də kişilər arasında 2,4 faiz azalaraq müvafiq olaraq 9,0 faiz və 9,8 faiz təşkil edib.