Azərbaycanda işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilməyən işçilər kateqoriyasının genişləndirilməsi təşəbbüsü müzakirə olunur. Müvafiq təklif İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə illik məruzəsində yer alıb.
Sənəd parlamentin aidiyyəti komitəsinə müzakirə üçün təqdim edilib. Xüsusilə, 60 yaşına çatmış işçilərin işdən çıxarılmasının qadağan edilməsi təklif olunur.
Bundan əlavə, məruzədə azı 35 il dövlət qulluğu stajı olan vətəndaşlara güzəştli əmək pensiyası hüququnun verilməsi təşəbbüsü də əksini tapıb.