Mənzil bazarında tələb artımı qiymətləri yuxarı çəkir

Mənzil bazarında tələb artımı

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, 2026-cı ilin I rübündə Azərbaycanda mənzil bazarında qiymət artımı müşahidə olunub.

2026-cı ilin I rübündə mənzil bazarı üzrə qiymət indeksi 2025-ci ilin I rübü ilə müqayisədə 8,1 faiz artıb. Bu artım həm ilkin, həm də təkrar mənzil bazarlarında qeydə alınıb.

İlkin mənzil bazarında qiymətlər bu dövrdə daha yüksək dinamika nümayiş etdirərək 13,1 faiz artıb. Təkrar mənzil bazarında isə qiymət artımı 8,1 faiz təşkil edib. Bu göstəricilər yeni tikililərə olan tələbin nisbətən daha güclü olduğunu göstərir.

2026-cı ilin mart ayında mənzil kirayə bazarında da artım tendensiyası davam edib. Məlumatlara əsasən, icarə haqları illik müqayisədə 7,3 faiz, aylıq müqayisədə isə 0,3 faiz yüksəlib.

MONETAR.AZ