İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edir

İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edir.

Monetar.az  AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısını Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb.

Azərbaycan Prezidenti və tədbirdə iştirak edən digər dövlət başçıları birgə foto çəkdiriblər.