BDU və Dövlət Komitəsi beynəlxalq konfrans keçirəcək

BDU və Dövlət Komitəsi beynəlxalq

Bu gün Bakı Dövlət UniversitetiAzərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi birgə beynəlxalq konfrans təşkil edəcək.

 “Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda keçiriləcək tədbir “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində baş tutacaq.

Konfransda şəhərsalma, memarlıq, ekologiya, iqtisadiyyat və rəqəmsal texnologiyalar sahələrində dayanıqlı inkişaf məsələləri müzakirə olunacaq. Eyni zamanda, süni intellektin şəhər idarəçiliyində rolu və iqlim dayanıqlılığı kimi mövzulara da diqqət yetiriləcək.

Tədbirdə yerli və beynəlxalq ekspertlərin, BMT nümayəndələrinin və akademik dairələrin iştirakı gözlənilir.

MONETAR.AZ