Bugünkü hava ilə bağlı xəbərdarlıq edilib

Bugünkü hava ilə bağlı

Mayın 15-i gündüzdən etibarən Azərbaycanda hava şəraitinin dəyişəcəyi və bəzi bölgələrdə fasilələrlə yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yağıntılar mayın 18-i axşamadək davam edəcək.

Bildirilib ki, əsasən şimal və qərb rayonlarından başlayaraq bir sıra ərazilərdə qısamüddətli intensiv yağışlar, şimşək və dolu müşahidə oluna bilər. Yüksək dağlıq ərazilərdə isə yağıntının qar şəklində düşməsi ehtimal olunur.

Məlumata görə, yağıntılar nəticəsində çaylarda sululuğun artması və bəzi dağ çaylarında qısamüddətli sel keçməsi istisna edilmir.

Mütəxəssislər əhalini hava şəraitinə uyğun ehtiyat tədbirləri görməyə çağırırlar.

MONETAR.AZ