“2022–2028-ci illər üzrə gənclərin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2026–2027-ci tədris ili üçün sənəd qəbulu 15 aprel 2026-cı il tarixindən açıq elan olunub. Qəbul bakalavriat, magistratura və doktorantura proqramlarını əhatə edir.
Bu barədə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi məlumat verib.
Bildirilib ki, sənədlərin qəbulu 5 iyun 2026-cı il saat 18:00-dək davam edəcək.
Qeyd olunub ki, proqram çərçivəsində təsdiq edilmiş ali məktəblərin və ixtisasların yenilənmiş siyahısı 12 yanvar 2026-cı il tarixində açıqlanıb.
Proqramda iştirak üçün əsas şərtlərdən biri həmin siyahıya daxil olan təhsil proqramlarından birinə qəbul olunduğunu təsdiq edən sənədin təqdim edilməsidir.
Eyni zamanda, namizədlər Times Higher Education, QS World University Rankings və Academic Ranking of World Universities reytinqlərinin ilk 10-luğuna daxil olan universitetlərin istənilən ixtisası üzrə də müraciət edə bilərlər (bəzi istisnalar nəzərə alınmaqla), hətta həmin proqram siyahıya daxil edilməsə belə.
Qeyd edilib ki, bu il top-10 universitetlər və doktorantura səviyyəsi ilə bağlı iştirak qaydalarında müəyyən dəyişikliklər edilib və bu dəyişikliklərlə siyahıya əlavə olunmuş qeydlərdə tanış olmaq mümkündür.
Seçim meyarları, tələb olunan sənədlər və ərizə formaları barədə ətraflı məlumat müvafiq resurslarda yerləşdirilib. Həmçinin müraciət prosesi ilə bağlı təlim video materialı da təqdim olunub.