Bu gün saat 15:00-də 10 rayonu əhatə edən torpaq sahələri müsabiqə və hərraclara çıxarılacaq. Hərraclara çıxarılan torpaqlar həm icarəyə verilmək, həm də satış məqsədi daşıyır və iştirakçılar üçün əhəmiyyətli investisiya imkanları təqdim edir.
Hərraclar Saatlı, Sabirabad, Neftçala, Ağdaş, Göyçay, Goranboy, Qazax, Beyləqan və Şəki rayonlarını əhatə edir. Satış və icarəyə çıxarılan torpaq sahələrinin ölçüləri 450 kv.m-dən başlayaraq 55 hektara qədər dəyişir. İcarə müddəti əsasən 15 il təşkil edir. Torpaqlar əsasən kənd təsərrüfatı məhsullarının istehsalı və heyvandarlıq məqsədlərinə yönəldilmişdir.
Saatlı rayonunda Qara Nuru kəndindəki torpaqlar 2,12–6,66 hektar sahədə icarəyə veriləcək, müddət 15 ildir. Torpaqlar əsasən kənd təsərrüfatı üçün nəzərdə tutulub və II–III qrup bonitet balına malikdir.
Sabirabad rayonunda Salmanlı və Quruzma kəndlərində torpaqlar 2,3–55,8 hektar sahədə icarəyə çıxarılıb. Buradakı torpaqlar kənd təsərrüfatı və heyvandarlıq məqsədilə istifadə olunacaq. Məmişlər və Qəzli kəndlərində torpaqlar həm icarəyə, həm də satışa çıxarılıb.
Neftçala rayonunda Aşağı Qaramanlı kəndində 45,9 hektar torpaq icarəyə verilir. Burada da məqsəd heyvandarlıqdır, torpaq IV qrup bonitet balına malikdir.
Ağdaş və Göyçay rayonlarında Orta Ləki və Dövranlı kəndlərində torpaqlar icarəyə verilib. Kürd kəndində isə 600 kvadratmetr torpaq satışa çıxarılıb və fərdi yaşayış evi tikmək üçün nəzərdə tutulub.
Goranboy və Qazax rayonlarında Tatarlı kəndində 3 hektar torpaq kənd təsərrüfatı üçün, Qazax şəhərində isə 87,4 kvadratmetr torpaq sahibkarlıq fəaliyyəti üçün icarəyə çıxarılıb.
Beyləqan və Şəki rayonlarında Tatalılar kəndində 1,2–23,51 hektar torpaqlar heyvandarlıq məqsədilə icarəyə verilir.
Şəki rayonu Turan qəsəbəsində 3 hektar torpaq sahəsi də icarəyə çıxarılıb.
MONETAR.AZ