Dünyada ən çox yetişdirilən kənd təsərrüfatı məhsulları

Dünyada ən çox yetişdirilən

Dünya əhalisinin sürətlə artması kənd təsərrüfatı istehsalını daha da strateji sahəyə çevirib. Kənd təsərrüfatı  məhsulları təkcə insanların qida rasionunda deyil, həm də heyvandarlıq, bioyanacaq və müxtəlif sənaye sahələrində geniş istifadə olunur. İstehsal həcminə görə siyahının zirvəsində yenə də enerji və şəkər mənbəyi olan bitkilər, eləcə də əsas taxıl məhsulları dayanır. Bu da dünya iqtisadiyyatında ərzaq təhlükəsizliyinin hansı məhsullardan asılı olduğunu ortaya çıxarır.

Dünyada ən çox yığılan məhsullar:

  1. Şəkər qamışı – 1 939 milyon ton

  2. Qarğıdalı – 1 218 milyon ton

  3. Düyü – 820 milyon ton

  4. Buğda – 798 milyon ton

  5. Palma meyvəsi – 419 milyon ton

  6. Soya lobyası – 398 milyon ton

  7. Kartof – 390 milyon ton

  8. Şəkər çuğunduru – 294 milyon ton

  9. Pomidor – 188 milyon ton

  10. Arpa – 142 milyon ton

  11. Banan – 139 milyon ton

  12. Soğan – 108 milyon ton

  13. Qarpız – 105 milyon ton

  14. Alma – 98 milyon ton

MONETAR.AZ