Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri Türkiyədən “Agro Plant” MMC və fiziki şəxs Əhmədov Elmin Cəlal oğlu tərəfindən idxal edilmiş tinglərdən nümunələr götürərək ekspertizaya göndəriblər.
Aparılan yoxlamalar nəticəsində tinglərdə karantin virusu olan Şarka virusu aşkar edilib.
Bu faktla bağlı müvafiq qərar qəbul olunub və sahibkarların müraciətinə əsasən, şaftalı və nektarin tinglərindən ibarət partiyalar məhv edilib.
Qeyd edək ki, Şarka virusu bitkilərin inkişafını zəiflədir və məhsuldarlığını əhəmiyyətli dərəcədə azaldır.