2026-cı ilin yanvar-mart aylarında Azərbaycana qabıqlı və inkubasiya üçün mayalanmış quş yumurtasının idxalı üzrə göstəricilər açıqlanıb. Statistik məlumatlara əsasən, hesabat dövründə ölkəyə ümumilikdə 12 milyon 759 min 840 ədəd inkubasiya yumurtası idxal olunub. Bu məhsulların ümumi dəyəri isə 4 milyon 95 min 930 ABŞ dolları təşkil edib.
Hesablamalara görə, bir ədəd inkubasiya yumurtasının orta idxal qiyməti təxminən 32 qəpik olub.
Məlumatlara əsasən, Azərbaycan bu məhsul üzrə hesabat dövründə heç bir ixrac əməliyyatı həyata keçirməyib və bazar tamamilə idxaldan asılı qalıb.
İdxalda əsas pay Türkiyəyə məxsus olub. Qonşu ölkədən Azərbaycana 10 milyon 800 min 720 ədəd yumurta gətirilib ki, bu da ümumi idxalın 84.6 faizini təşkil edir. Türkiyədən idxalın ümumi dəyəri 3 milyon 490 min 700 dollar olub. Beləliklə, Türkiyədən gətirilən bir ədəd yumurtanın orta qiyməti təxminən 32.3 qəpik təşkil edib.
Belarusdan idxal olunan 900 min 720 ədəd məhsul üçün 249 min 190 dollar ödənilib. Bu ölkə üzrə bir ədəd yumurtanın orta qiyməti təxminən 27.7 qəpik olub.
Rusiyadan gətirilən 576 min ədəd yumurtanın ümumi dəyəri 184 min 320 dollar təşkil edib. Orta qiymət isə təxminən 32 qəpik səviyyəsində formalaşıb.
Gürcüstandan idxal olunan 482 min 400 ədəd məhsul üçün 171 min 730 dollar ödənilib. Bu ölkə üzrə bir ədəd yumurtanın orta idxal qiyməti təxminən 35.6 qəpik olub ki, bu da əsas tədarükçülər arasında ən yüksək göstəricidir.
Beləliklə, statistik rəqəmlər göstərir ki, Azərbaycan yumurta bazarında əsasən Türkiyədən asılı olaraq qalır. Eyni zamanda, məhsulun ən ucuz idxalı Belarusdan, ən bahalı idxalı isə Gürcüstandan həyata keçirilib.
MONETAR.AZ