2026-cı ilin yanvar-mart aylarında Azərbaycan ümumilikdə 49 min 948,95 ton təzə və ya soyudulmuş kartof idxal edib.
Rəsmi statistikaya əsasən, hesabat dövründə idxal olunan kartofun ümumi dəyəri 18 milyon 184,81 min ABŞ dolları təşkil edib. Beləliklə, idxal olunan kartofun orta gömrük dəyəri hər kiloqram üçün təxminən 61 qəpik olub.
Kartof idxalında əsas pay İran İslam Respublikasının olub. Bu ölkədən Azərbaycana 24 min 148,88 ton kartof gətirilib və məhsulun dəyəri 8 milyon 702,46 min dollar təşkil edib. İran kartofunun 1 kiloqramının orta idxal qiyməti 61 qəpik olub.
Türkiyə ikinci böyük idxalçı ölkə olub. Qonşu ölkədən 14 min 681,14 ton kartof idxal olunub və bunun dəyəri 5 milyon 316,06 min dollar təşkil edib. Türkiyədən idxal olunan kartofun hər kiloqramının orta qiyməti də 61 qəpik olub.
Gürcüstandan 4 min 414,31 ton kartof idxal edilib və bunun dəyəri 1 milyon 602,66 min dollar təşkil edib. Bu ölkədən gətirilən kartofun 1 kiloqramının orta qiyməti 61 qəpik olub.
Rusiyadan idxal olunan 2 min 692,33 ton kartofun dəyəri 997,93 min dollar təşkil edib. Rusiyadan alınan kartofun hər kiloqramı orta hesabla 63 qəpiyə başa gəlib.
Belarusdan 2 min 651,37 ton kartof idxal olunub və bunun dəyəri 984,78 min dollar olub. Belarus kartofunun 1 kiloqramının orta qiyməti 63 qəpik təşkil edib.
Pakistandan gətirilən 1 min 187,66 ton kartof üçün 483,98 min dollar ödənilib. Bu ölkədən idxal olunan kartofun 1 kiloqramının orta qiyməti 70 qəpik olub.
Misirdən idxal olunan 173,25 ton kartofun dəyəri isə 96,94 min dollar təşkil edib. Misir kartofunun 1 kiloqramının orta idxal qiyməti 95 qəpik olub.
MONETAR.AZ