“Azərkəndtikinti” ASC səhmdarlarının ümumi yığıncağı təxirə salınıb

“Azərkəndtikinti” ASC səhmdarlarının

“Azərkəndtikinti” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarını növbəti ümumi yığıncağı təxirə salınıb.

ASC-dən bildirilib ki, yığıncaq 11 iyul 2026-cı il saat 11:00-da Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi 44 ünvanında yerləşən cəmiyyətin inzibati binasında keçiriləcək.

İclasın gündəliyinə ümumi yığıncağın gündəliyinin təsdiqi, cəmiyyətin fəaliyyətinin bərpası, nizamnaməyə əlavə və dəyişikliklərin edilməsi, icra orqanının formalaşdırılması, müşahidə şurası və təftiş komissiyasının seçilməsi, əlavə səhmlərin buraxılması yolu ilə nizamnamə kapitalının artırılması, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş digər məsələlərin müzakirəsi daxildir.

Qeyd olunub ki, ümumi yığıncaqda iştirak edəcək bütün səhmdarlar şəxsiyyətlərini təsdiq edən sənədlə iştirak etməlidirlər. Əks halda, onların iştirakı qeydə alınmayacaq.

MONETAR.AZ