Azərbaycann təbii balı 7 dollara alır, 49 dollara satır

Azərbaycann təbii balı 7 dollara alır,

2026-cı ilin yanvar-mart aylarında ölkəyə 33,75 ton təbii bal idxal edilib. Bu idxalın ümumi dəyəri 222,06 min ABŞ dolları təşkil edib. Rəsmi statistikaya görə eyni dövrdə ixrac isə190 kiloqram olub və bunun dəyəri 5,45 min ABŞ dollarına bərabərdir.

İdxal coğrafiyasında Almaniya əsas tərəfdaş olub. Bu ölkədən Azərbaycana 20,35 ton bal idxal edilib və bunun dəyəri 101,77 min dollar təşkil edib. Sonrakı yerlərdə Rusiya – 5,96 ton (29,79 min dollar), Türkiyə – 3,01 ton (35,3 min dollar), Belarus – 2,52 ton (17,51 min dollar), Danimarka – 1,3 ton (6,72 min dollar), Ukrayna – 0,16 ton (4,96 min dollar), İtaliya – 0,17 ton (2,4 min dollar) və Böyük Britaniya – 0,28 ton (4,21 min dollar) qərarlaşıb.

Azərbaycanın təbii bal ixracı isə yalnız iki istiqamət üzrə həyata keçirilib. Rəsmi statistikada adı göstərilməyən ölkəyə 0,12 ton bal ixrac olunub və bunun dəyəri 5,26 min dollar təşkil edib. İtaliyaya isə 0,07 ton bal göndərilib və ixracın dəyəri 0,19 min dollar olub.

Ümumilikdə, ölkəyə idxal olunan balın hər kiloqramının orta gömrük dəyəri 6.58 dollar (təxminən 11.2 manat), ixrac olunan balın bir kiloqramının orta gömrük dəyəri isə 28.68 dollar (təxminən 48.7 manat) təşkil edib. Bu isə ondan xəbər verir ki, Azərbaycan xaricdən daha ucuz kütləvi bal idxal etdiyi halda, xaricə daha yüksək qiymətə premium keyfiyyətli bal satır.

MONETAR.AZ