Azərbaycan ən ucuz pendiri İrandan, ən bahalısını Fransadan alır

    Azərbaycan ən ucuz pendiri İrandan,

2026-cı ilin ilk rübündə Azərbaycana 855,84 ton təzə pendir gətirilib və idxalın ümumi dəyəri təxminən 3,77 milyon ABŞ dolları təşkil edib. Orta idxal qiyməti isə 1 kq üçün təxminən 4,4 dollar səviyyəsində formalaşıb.

Rusiya Azərbaycan bazarında ən böyük həcm təminatçısı olaraq qalır. Bu ölkədən 205,57 ton məhsul idxal olunub və ümumi dəyər 969,75 min dollar təşkil edib. Hesablamalara görə, Rusiyadan idxal olunan təzə pendir və kəsmikin 1 kq qiyməti təxminən 4,72 dollar olub.

Türkiyə ikinci əsas təchizatçıdır və 124,55 ton məhsul ixrac edib. Ümumi idxal dəyəri 526,91 min dollar olan Türkiyə məhsullarının 1 kq qiyməti təxminən 4,23 dollar səviyyəsində qeydə alınıb. Bu məhsullar əsasən kütləvi istehlak və orta qiymət seqmentini əhatə edir.

Belarusdan idxal həcmi nisbətən az olub - 14,26 ton məhsul üçün 59,25 min dollar ödənilib və 1 kq qiymət təxminən 4,15 dollar təşkil edib.

Avropa İttifaqı ölkələri isə daha yüksək qiymət seqmenti ilə seçilir. Danimarkadan 19,2 ton məhsul idxal edilib və 1 kq qiymət təxminən 6,16 dollar olub. Almaniya üzrə 11,25 ton məhsulun 1 kq qiyməti 6,87 dollar, Litva üzrə isə 11,35 ton məhsulun 1 kq qiyməti 7 dollar civarında formalaşıb.

İtaliya bazarın ən yüksək qiymətli təchizatçılarından biridir. Buradan 8,77 ton məhsul idxal olunub və 1 kq qiymət təxminən 7,02 dollar təşkil edib. Fransa məhsulları isə 3,12 ton həcm və 1 kq üçün təxminən 8,8 dollar qiymətlə bazarda ən premium seqmenti formalaşdırıb.

Digər ölkələr arasında Böyük Britaniyadan idxal olunan 68,51 ton məhsulun 1 kq qiyməti 5,98 dollar, Misir üzrə 2,68 dollar, İran üzrə 1,81 dollar, Səudiyyə Ərəbistanı üzrə isə 2,35 dollar səviyyəsində olub. İran məhsulları regionda ən ucuz alternativ kimi çıxış edir.

Bolqarıstandan idxal isə çox kiçik həcmdə (0,11 ton) həyata keçirilib və qiymət göstəricisi təxminən 12,36 dollar/kq səviyyəsində qeydə alınıb.

Analitiklər qeyd edirlər ki, Azərbaycan bazarında eyni məhsul kateqoriyası daxilində qiymət fərqi 1,8 dollardan 8,8 dollara qədər geniş diapazonda dəyişir. Bu isə həm kütləvi istehlak, həm də premium restoran və pərakəndə satış seqmentinin paralel inkişaf etdiyini göstərir.

MONETAR.AZ