2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda heyvandarlıq sahəsində əsas məhsullar üzrə müxtəlif istiqamətli dəyişikliklər qeydə alınıb.
Rəsmi statistikaya əsasən, hesabat dövründə ölkədə quş əti də daxil olmaqla diri çəkidə 197,6 min ton ət istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz artım deməkdir.
Süd istehsalı 701,6 min ton təşkil edib və ötən illə müqayisədə dəyişməyərək sabit qalıb.
Yumurta istehsalında isə azalma qeydə alınıb. Hesabat dövründə 764,1 milyon ədəd yumurta istehsal olunub ki, bu da 4,3 faiz azalma deməkdir.
Ən kəskin geriləmə yun istehsalında müşahidə olunub. İstehsal 15,8 faiz azalaraq 1,6 min ton olub.
MONETAR.AZ