Çin «Long March-6C» daşıyıcı raketi vasitəsilə orbitə dörd yeni peyk çıxarıb. Sinxua agentliyinin məlumatına görə, raket Şansi əyalətindəki Tayyuan kosmodromundan Pekin vaxtı ilə saat 11:53-də start götürüb və missiya uğurla başa çatıb.
Peyklər arasında AIRSAT 12 və AIRSAT 13, həmçinin kosmosda bulud texnologiyalarının sınağı üçün nəzərdə tutulan iki aparat yer alıb.
Bu, «Long March» raket ailəsinin 683-cü uçuşu olub.
MONETAR.AZ