Bitcoin 59,5 min dollar ətrafında ticarət olunur

Bitcoin 59,5 min dollar ətrafında

Bu gün Bitcoinin qiyməti 59 min dollar ətrafında dəyişib. Kriptovalyutanın reallaşdırılmamış zərərlərinin artması bazarın dib nöqtəsinə yaxınlaşması ilə bağlı müzakirələri gücləndirib. Proqnoz bazarlarında isə qiymətlərin daha da enə biləcəyi ehtimalı ön plana çıxır.

İnstitusional investorların satışlarını davam etdirməsi və Federal Ehtiyat Sisteminin (FED) pul-kredit siyasətini sərtləşdirə biləcəyi gözləntiləri kriptovalyuta bazarında əhval-ruhiyyəyə mənfi təsir göstərir. Bu amillər bazar iştirakçılarının dekabr ayı ərəfəsində daha ehtiyatlı mövqe tutmasına səbəb olub.

Məlumata görə, dünyanın ən böyük kriptovalyutası Bakı vaxtı ilə saat 10:21-də 0,42% ucuzlaşaraq 59 486,1 dollar səviyyəsində ticarət olunub.

MONETAR.AZ